ŞIRVAN ŞƏHƏR MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA SİSTEMİ

ŞIRVAN ŞƏHƏRI ABIDƏLƏRI YETIRMƏLƏRI QƏDIM ŞIRVAN SAYT HAQQINDA ƏLAQƏ

 

MƏRKƏZİ KİTABXANA

- KITABXANAMIZ   HAQQINDA

- TƏDBIRLƏRIMIZ

- YENI  KITABLAR

- KITAB  ABIDƏLƏRIMIZ

- ELEKTRON KATALOQ    

- NORMATIV   SƏNƏDLƏR

- TARIX - DIYARŞÜNASLIQ MUZEYI

- UNUDULMAZ QARABAĞ

- INSAN HÜQUQLARI

- DÖVLƏT  PROQRAMI

 -ŞİRVAN ŞƏHƏRİNİN ŞƏHİDLƏRİ

-MİLLİ QƏHRƏMANLARIMIZ

 

 

 

 

 

TƏDBİRLƏR - 2013

 

                                                                                            

                                                                  Həmrəyliyimiz möhkəm olmalıdır...

     26  Dekabr 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında

      Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə  tədbir keçirilmişdir. MKS-nin direktoru İltifat Nəbiyev giriş sözü ilə çıxış edərək, bayram münasibətilə hamını təbrik etdi.

        

     Tədbirdə çıxış edənlər  müstəqil  Azərbaycanımızın  bu günkü vəziyyəti barədə məlumat verərək dedilər ki,  Azərbaycan dünyanın hansı bölgəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vətəni olduğu üçün hər kəs bacardığı və imkanı olduğu qədər onun daima inkişaf etməsinə kömək etməyi özünə müqəddəs borc  kimi qəbul etməlidir. Çıxış edənlər onu da vurğuladılar ki,  vətənsiz yaşamaq mümkün deyil, vətəni qorumq və ona daima xidmət göstərmək gərəkdir. Odur ki, hamımız həmrəylik göstərib Azərbaycanımızın çiçəklənməsi naminə inamlı və qətiyyətli addımlar atan prezidentimiz İlham Əliyevin ətrafındakı   birliyimizi daha da möhkəmləndirməliyik.

   

      Axırda balacalar Şaxta baba ilə birgə şənlik etdilər.

                                                                                           Anım mərasimi.. 

     10 Dekabr 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında Ümummilli lider Heydər Əliyevin  anım mərasimi keçirilmişdir.

     İlk növbədə tədbir iştirakçıları  Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra  İ.Nəbiyev,  V.Xudiyeva və başqaları mərasimdə çıxış etdilər.

                                                   

                                                   

     Çıxış edənlər Ulu öndərin həyat və fəaliyyətindən, onun Azərbaycan dövlətinin müstəqillik qazanmasında və hərtərəfli inkişafında əvəzsiz rolundan danışaraq onu da vurğuladılar ki, Heydər Əliyev elə bir dövlət başçısı və siyasətçi olmuşdur ki,  o Azərbaycanın və xalqımızın  hələ bundan sonrakı  xoşbəxt  və firavan yaşaması üçün  dəyərli ideyalar  yaratmışdır. Xoşbəxtliyimiz ondadır ki, onun bu ideyaları möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilir.

                                                    

     Mərasim 18 saylı məktəbin Uşaq Birliyi Təşkilatının sədri Vüsalə Abbasovanın rəhbərliyi ilə şagirdlərin (D. Atakişiyeva, S. İsayeva , N. Muradova, S. Heydərli, Y. Məmmədov) hazırladığı  bədii kompozisiya ilə başa çatdı.   

                                                       Əlillik, məhrumiyyət deyil...

     Bu mövzuda 04 Dekabr 2013- cü il tarixində Şirvan şəhər Mərkəzi kitabxanasında Beynəlxalq Əlillər Günü münasibətilə söhbət aparılmışdır.

                                                   

                                                   

     Tədbirdə İ. Nəbiyev, A. Əliyeva, N. Həbibova və başqaları çıxış edərək dedilər ki, insanların fiziki cəhətdən sağlam olanları ilə yanaşı anadangəlmə və müxtəlif yollarla qazanılmış olan əlil və şikəstləri də vardır. Bu eyib sayılmamalıdır... Fiziki cəhətdən qüsurlu olmalarına baxmayaraq cəmiyyət üçün dəyərli töhfələr verməyi bacaran insanlardır. Çıxış edənlər onu da vurğuladılar ki, beynəlxalq aləmdə əlillərə qayğı və diqqət artıb. Elə ölkəmizdə də onlara göstərilən qayğı və diqqət son dərəcə yüksəlmişdir. Onların sosial müdafiəsi artırılmış, dövlət əhəmiyyətli  proqramlar həyata keçirilmş və ümid edirik ki, belə humanist yanaşmalar davamlı olacaqdır.

                                                                             Nazir Mərkəzi kitabxanada

      Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev 18 Noyabr 2013-cü il tarixində Şirvan şəhər Mərkəzi kitabxanasında olmuşdur. Nazir kitabxananın işi ilə yaxından tanış olmaq məqsədilə oxuculara kitabxana xidmətinin təşkili ilə məşğul olan şöbələrdə olmuş, kitab fondlarına və sərgilərə baxmış, kataloq və kartotekaların vəziyyətilə maraqlanmışdır.

                                   

                             

                                   

                                   

                                   

  

      Nazir Ə. Qarayev və Şirvan şəhər İcra Hakimiyyətinin müavinləri S. Abıyev, E. Ağayeva, Mədəniyyət və Turizm şöbəsinin müdiri Ə. Abbasov kitabxananın  əməkdaşları ilə görüşərək onlara dəyərli məsləhətlər vermişlər.

 

                                                                      “Azərbaycan Konstitusiyası – bu gün”

 

       Bu mövzuda  08 Noyabr 2013-cü il tarxdə Şirvan şəhər Mərkəzi kitabxanasında Azərbaycan Konstitusiyası  günü münasibətilə  söhbət təşkil edilmişdir. Söhbətdə  İ. Nəbiyev, M. Novruzova, A. Cəfərova, S. Qarayev, S. Əhmədova və başqaları çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının tarixindən,  onun ən demokratik hüquqi sənəd kimi dövlətimiz  və xalqımızın əsl təminatçısı olmasından söhbət açdılar.

                              

                            

    Məktəblilərin vətən, qəhrəmanlıq, Azərbaycan mövzusunda söylədikləri şeirlər maraqla qarşılandı.

 

      Bayrağımız əbədi dalğalansın!

 

        Bayraq günü münasibətilə Şirvan şəhər Mərkəzi kitabxanasında “Bayrağımız əbədi dalğalansın!” adlı səhərcik keçirilmişdir. 05 Noyabr 2013-cü il tarixində gerçəkləşən tədbirdə şəhər 16 saylı orta məktəbin şagirdləri, oxucular iştirak etmişdir. Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Vəzifə Xudiyeva tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının Dövlət rəmzi olan Bayrağımızın günü münasibəti ilə onları təbrik etdi. Tədbirdə çıxış edənlər – İ. Nəbiyev, M. Zərbəliyeva, Ə. Rəhimova və başqaları qeyd etdilər ki, qürurumuz, fəxrimiz olan Bayrağımız möhtərəm prezidentimiz cənab İlham Əliyevin cəsarətli fəaliyyəti sayəsində dünyanın çox yerində dalğalanır və arzu edirik ki, əbədi dalğalansın. Şəhər 16 saylı orta məktəbin şagirdlərinin təqdim etdikləri bədii kompozisiya tədbir iştirakçılarının marağına səbəb oldu.

                           

                          

     Axırda tədbirdə fəallıq göstərdiklərinə görə uşaqlara  jurnal hədiyyələri verildi. 

 

                                                            “Uşaq kitab karvanı- Şirvan yolunda” layihəsi Şirvan şəhərində

 

        Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar uşaq kitablarının geniş təbliği, uşaq və yeniyetmələrə kitabxana xidmətinin genişləndirilməsi, mütaliəyə marağının artırılması, kitabxana-informasiya xidmətinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Respublika Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən F. Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “Uşaq kitab karvanı- Şirvan yolunda” kitab-mütaliə tədbirinin keçirilməsi planlaşdırılmışdır.  Tədbir 4 Noyabr 2013-cü il tarixdə Şirvan şəhərində - Heydər Əliyev Mərkəzinin qarşısında keçirilmişdir. F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qənbərova tədbirin keçirilməsi və mahiyyəti barədə geniş məlumat verdi. Tədbirdə iştirak edən tanınmış uşaq şair və yazıçıları – İlyas Tapdıq, Gülzar İbrhimova, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə çıxış edərək şeirlərini oxudular. Şirvan şəhər Uşaq Musiqi məktəbinin Xor kollektivinin, xanəndəlik sinfinin və musiqi dərnəklərinin şagirdlərinin ifa etdikləri  mahnı və musiqi nömrələri, “Şirvan” mədəniyyət evinin rəqs qrupunun çıxışları,şəhər Humanitar və İqtisadiyyat Kollecinin tələbələri və 16 saylı orta məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, şeirlər tədbiri daha da rövnəqləndirdi. Keçirilən əyləncəli viktorinada  fərqlənənlərə kitab və jurnallar hədiyyə edildi.

                                 

                          

                          

                          

                           

                          

                                                           

              

Sonda şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Əziz Abbasov çıxış edərək qonaqlara, Respublika Mədəniyyət və Turizm Nazirliyinə, tədbirin keçirilməsində dəstək olan şəhər İcra Hakimiyyətinə təşəkkür etdi və onu da vurğuladı ki, belə tədbirlərin keçirilməsinin ən böyük əhəmiyyəti odur ki, uşaqlar əsərlərini oxuduqları müəlliflərlə tanış oldular və bu onların yaddaşlarında əbədi qalacaqdır.

                                                   

                            

                                                                                        “Məmməd Araz vətən şairidir”

     24 Oktyabr 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında xalq şairi Məmməd Arazın anadan olmasının 80 illiyi münasibətilə “M.Araz vətən şairidir” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə çıxış edən A. Cəfərova, K. İsayeva, Ş. Səlimova, K. Həsənova və başqaları Məmməd Arazın həyat və yaradıcılığından söhbət açaraq dedilər ki, o ömrü boyu dünyanı düzüb-qoşmağa çalışsa da “dünya düzəlmir”- deyib “...belə dünyanın nəyindən küsməyi” özünə sığışdırmayan, “Vətən mənə oğul desə” mamır olub qayasında  bitməyə hazır olan xalq şairi idi. Ona görə də Məmməd Araz  xalqından elə alqış payı alıb ki, onu fələk də gəlsə ala bilməz.  Çünki, onun  sözü xalqın sözü, həyatı sadə insanların  həyatı olub.

                                                                     

                                                                     

                             

     Şirvan şəhər 16 saylı orta məktəbin şagirdlərinin söylədikləri Məmməd Araz poeziyasından nümunələr tədbiri daha da rövnəqləndirdi.

 

                                                                       Müstəqilliyimiz əbədidir.

      18 Oktyabr 2013-cü il tarixdə Dövlət Müstəqilliyi günü münasibətilə Şirvan şəhər Mərkəzi kitabxanasında  “Müstəqil Azərbaycan!” adlı söhbət keçirilmişdir.

     Tədbirdə çıxış edən İ. Nəbiyev, V. Xudiyeva, K. Həsənova və başqaları  Azərbaycanın keçmişi və bu gününü müqayisəli şəkildə təhlil edərək məlumat verdilər və vurğuladılar ki, müasir Azərbaycanın inkişafı tarixində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Sözün həqiqi mənasında Azərbaycan dünya miqyasında daha parlaq gələcəyə malik olan bir dövlətə çevrilmişdir. Bu Respublika prerzidenti cənab İlham Əliyevin davam etdirdiyi siyasi kursun və Azərbaycan xalqının  dövlət başçısının ətrafında sıx birliyinin təzahürüdür.

                           

     Tədbirdə Azərbaycanın tarixi, coğrafiyası, ictimai-siyasi həyatı ilə bağlı olan test və oyunlar əsasında əyləncəli proqram keçirildi.

   

                                                                       “Məktəb illəri...”

     13 Sentyabr 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında Bilik günü münasibətilə  tədbir keçirilmişdir.

     Tədbirdə şəhər 18, 21 saylı orta məktəblərin şagirdləri və digər oxucular iştirak edirdi. Tədbirdə Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri Vəzifə  Xudiyeva, Xidmət şöbəsinin müdiri Alma Cəfərova, valideyin Kübra Qasımova və başqaları çıxış edərək uşaqları təbrik etdilər və  onlara yeni tədris ilində  daha yaxşı nəticələr əldə etmələri üçün uğurlar dilədilər.

                              

                              

     Uşaqların söylədikləri məktəbə, müəllimə həsr olunmuş şeirlər və hekayələr maraqla qarşılandı.

             

                                                                             “İnsan alverinə son!”

     “Ailə Dünyası” ailələrə hüquqi yardım İctimai Birliyi (sədri Gülayə Səfərova) və Azərbaycan Uşaqlar Birliyi (sədri Kəmalə Ağazadə) Şirvan şəhər Mərkəzi kitabxanası ilə birğə 12.07.2013 –cü il tarixində “İnsan Alveri Barədə Məlumatlılığın Artırılması” mövzusunda təlim keçirmişlər. Öncə G. Əliyeva təlimin keçirilməsində məqsəd və insan alverinə qarşı mübarizə yollarından geniş danışaraq təlimi açdı. Sonra təlimçi, layihə rəhbəri Gülnar Nəzərova “İnsan alveri-təqdimat  (ümumi məlumat, sosial-psixoloji aspektlər)”, Kəmalə Ağazadə “İnsan alveri qurbanlarının reabilitasiyası və sosial reinteqrasiyası prosesi”, İctimai vəkil Gülayə Səfərova və sosial işçi Fəridə Əliyeva “İnsan alveri ilə bağlı qanunların təhlili, məhkəmə təcrübəsi” mövzularında çıxış etdilər.

                                                  

      Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı, anket vasitəsilə elmi məqsədlər üçün istifadə edilmək məqsədilə ailələrin iqsisadi durumu müəyyənləşdirildi. Eyni zamanda hər kəsin təlimatlanması üçün “Məlumatlanın ki, insan alverinin qurbanına çevrilməyəsiniz!”, “İnsan alverini dayandıraq!”, Beynəlxalq Miqrasiya Təşkilatının “Miqrasiya- Hamının rifahı naminə!”  təlimatı-vəsaitləri də paylanıldı.

                       

                                                                Paytaxtdan bölgələrə...

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Paytaxtdan bölgələrə” layihəsinin 4-cü mərhələsinə uyğun olaraq  İyun ayının 13-dən 15-dək Şirvan şəhərində ümumilikdə 10 nəfər gənc rəssamların 40 ədəd əsərlərinin sərgisi keçirilmişdir. Onu da qeyd eək ki, layihə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Bakı “Creative Center” yaradıcılıq Mərkəzinin, “Narmobayl”ın baş sponsorluğu ilə (kurator Fərəh Əliyevadır) həyata keçirilir. Sərgini giriş sözü ilə açan Şirvan şəhər Dövlət Rəsm qalereyasının direktoru Ziyafət Hüseynov qonaqları salamlayaraq layihənin əhəmiyyəti və onun istedadlı insanların yaradıcılıq potensialının daha da genişlənməsində oynadığı rolundan danışdı.Tədbirdə qrupun rəhbəri, rəssam Novruz Məmmədov çıxış edərək dedi ki, belə sərgilərin keçirilməsi insanların estetik dünyagörüşlərinin formalaşdırılması ilə yanaşı onların bu sənətə olan maraqlarının da artmasında xüsusi rol oynayır.

     Sonra  açıq elan edilən sərgidə  müxtəlif mövzularda çəkilmiş rəsm əsərləri ilə yanaşı olaraq taxta üzərində oymaqla işlənmiş rəsmlər və heykəllər də nümüyiş edildi.

     

    

    

     Üç gün davam edən sərgidə nümayiş olunan eksponatlara şəhər ictimaiyyəti maraqla tamaşa etmişlər.

 

                                                                          “Uşaqlar bizim gələcəyimizdir”

     01 İyun 2013-cü il tarixdə Şirvan şəhər “Şirvan” kino-teatrında  01 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə keçirilən tədbirdə şəhər ictimaiyyəti və məktəb kollektivləri, mədəniyyət işçiləri iştirak etmişdir. Tədbirin rəsmi hissəsində çıxış edənlər gələcəyimiz olan uşaqlara olan döviət qayğısından və ölkəmizdə uşaqların firavan yaşamasından söhbət açdılar.

    

   

    Tədbirin bədii hissəsində Uşaqların müxtəlif rəngarəng proqramlarla çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılandı.

                                                                                     

                                                                                    “28 May – Respublika günüdür”.

    27.05.2013 –cü il tarixdə Şirvan şəhər Mərkəzi Mədəniyyət evində  Respublika günü münasibətilə ümumşəhər tədbiri keçirilmişdir.

   Tədbirdə Şirvan şəhər İcra Hakmiyyətinin, Bələdiyyə idarəsinin, müəssisə və təşkilatlarının, məktəblərin nümayəndələri iştirak edirdi. Rəsmi hissədə Azərbaycan Xalq Cumhuriyyətinin 95 illiyinin əsl bayram kimi qeyd edilməsinin onun şərəfli bir tarixə malik olduğunu qeyd edərək, çıxış edənlər onu da vurğuladılar ki, bu günkü Azərbaycanımız gündən-günə çiçəklənməklə yanaşı dünya arenasında sürətlə inkişaf edən ölkələrdən birinə çevrilmişdir və bu inkişafa öz köməyimizi əsirgəməməliyik.

   Sonda məktəblilər ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.

                                                                                    

                                                                          5-ci  Kitab bayramı

     22 May 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasının qarşısındakı parkda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş  “5-ci Kitab bayramı” keçirilmişdir

Bayram şənliyində  şəhər ictimaiyyəti, məktəblilər iştirak edirdi.

                                 

    Bayram münasibətilə parkda Heydər Əliyevin mədəniyyət, dil, kitab və kitabxana haqqında söylədikləri kəlamlar yazılmış şüarlar, bayramın adı yazılmış iri panno hazırlanmışdı.

    İlk növbədə bayramın açılışı münasibətilə şəhər Musiqi məktəbinin uşaq xoru Azərbaycanın Dövlət Himnini ifa etdi.

   Tədbirdə MKS-nin direktoru İltifat Nəbiyev giriş sözü ilə çıxış edərək "5- Kitab bayramının keçirilməsində məqsəd və şəhər əhalisinə kitabla xidmət işinin vəziyyəti barədə danışdı.O qeyd etdi ki,belə tədbirlərin keçirilməsi kitabxana ilə oxucular arasında əlaqəni  və kitaba olan marağı daha da gücləndirir.

                                 

     Daha sonra tədbirdə  Fəal oxucu Ağasaleh Orucov, kitabxananın ən yaxın dostu  Yaqut  Hüseynova (hər ikisinə hədiyyə verildi), yazıçı –publisist Alik Rzayev ( onun yerli yazar kimi kitabları sərgiləndi) və başqaları çıxış etdilər.

                                   

     Şəhər Musiqi məktəbinin xor kollektivinin (rəhbəri M. İsmayılova), orkestrinin (rəhb. V. Məhərrəmov), “Çılğınlar” ritm qrupunun (rəhb. T. Nəsirov) çıxışları, HİK-n təqdim etdiyi kompozisiya,  kitab və mütaliə haqqında dahilərin söylədikləri kəlamlar  əsasında hazırlanmış dialoqlar və başqa nömrələr maraqla qarşılandı.

                                 

     Tədbirə gələnlər “Ümummilli Lider  Heydər Əliyev – 90” guşəsi, kitabxananın hazırladığı müxtəlif mövzularda  vitrin-kitab sərgiləri, MKS haqqında məlumat, təsnifat  əsasında tərtib olunmuş stolüstü kitab sərgiləri, uşaq ədəbiyyatı və yeni alınmış kitablarla, eyni zamanda yerli yazarların çap olunmuş kitabları və gənc rəssamların əl işlərilə tanış oldular.

           

 

                              “Ümummilli lider Heydər Əliyev – 90”

 

      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Şirvan şəhər Mərkəzləşdirilmiş kitabxana sistemində tədbirlər keçirilmişdir.

      Mayın 3 –də Mərkəzi kitabxananın Uşaq şöbəsində keçirilən “Ümummilli lider Heydər Əliyev uşaqların gözü ilə” adlı tədbirdə şəhər 16 və 18 saylı orta məktəblərinin, Özəl Türk Liseyinin şagirdləri, valideyinlər iştirak edirdi. Tədbirdə çıxış edənlər Ulu öndərin həyat və fəaliyyəti barədə uşaqlara məlumat verərək bildirdilər ki, Heydər Əliyev uşaqlara daima qayğı göstərmiş və bunu həmişə diqqət mərkəzində saxlamışdır. Monitor vasitısilə nümayiş edilən “Heydər Əliyev və uşaqlar” qısametrajlı film uşaqların marağına səbəb oldu. Sonda uşaqlar Ulu öndərə olan öz sevgilərini onun kəlamlarını söyləməklə və bədii kompozisiya vasitəsilə bildirdilər.

                              

     Ulu öndərin 90 illiyi ilə bağlı olaraq MKS-nin 4 saylı filialında   “Azərbaycanın özü qədər əbədi şəxsiyyət” mövzusunda keçirilən tədbirdə  R. Nəcəfova, N. Həbibova, İ. Abbasova və başqaları çıxış edərək bildirdi ki, Heydər Əliyev  həyat və fəaliyyətini büsbütün Azərbaycanın və xalqın dirçəlişi, xoş gələcəyinə həsr etdiyi üçün qəlblərdə əbədi yaşayacaq şəxsiyyətə çevrilmişdir. Sonra yazıçı-publisist Zərifə Hidayətqızı  Heydər Əliyevlə bağlı xatirələrini  söylədi.

                             

    Tədbir 2,9,10,11 saylı orta məktəblərin şagirdlərinin söylədikləri şeirlərlə başa çatdırıldı.

                             

 

    May ayının 7-də isə Mərkəzi kitabxananın oxu zalında keçirilən “ Həmişəyaşar lider- Heydər Əliyev“ adlı ədəbi-bədii gecəni giriş sözü ilə MKS-nin direktoru İltifat Nəbiyev açaraq Ümummilli lider haqqında  geniş məlumat verdi.

                                                        

    Tədbirdə  F Amanəliyeva və başqaları çıxış edərək onu da vurğuladılar ki, bütün şüurlu həyatını, bilik və bacarığını  Azərbaycanın  çiçəklənməsi  işinə həsr edən Heydər Əliyev  vətənə və xalqa xidmət  mücəssəməsi, ölkəmizin xoşbəxt gələcəyi  uğrunda daim çalılşan alovlu mübariz idi. Heydər  Əliyev  Azərbaycan üçün çox işlər görüb. Azərbaycan xalqı  xoşbəxt  xalqdır  ki,  onun siyasi kursunu  məhz  onun oğlu  İlham Əliyev layiqincə davam  etdirir və  Azərbaycan  dövləti  gündən-günə möhkəmlənir və  xoşbəxt  gələcəyə doğru inamla addımlayır.

                            

     Sonda şəhər 21 saylı orta məktəbin şagirdləri  bədii kompozisiya göstərdilər və Ulu öndərə həsr edilmiş video-film nümayiş olundu.

                                                               “Zərifə Əliyeva – 90”

    26 Aprel 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında akademik  Zərifə Əliyevanın  anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə şəhər ictimaiyyəti, məktəblilər, mədəniyyət işçiləri iştirak edirdi.

                                   

    Tədbirdə jurnalist Yaqut Hüseynova,  Məşğulluq Mərkəzinin direktoru  Ədalət Rəhmanov, kitabxananın əməkdaşları V. Xudiyeva, K. İsayeva və başqaları çıxış edərək Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat verdilər. Çıxış edənlər onu da vuğuladılar ki, o dəyərli alim olmaqla yanaşı, həm də gözəl ana olmuşdur.

                                 <

   Tədbirdə nümayiş olunan “Zərifə Əliyeva” slad-şou və 14 saylı orta məktəbin şagirdlərinin ifa etdirdikləri bədii kompozisiya maraqla izlənildi.Sonda MKS-nin direktoru İltifat Nəbiyev tədbirin hazırlanmasında və keçirilməsində əməyi olanlara, eyni zamanda qonaqlara təşəkkür etdi.      

                                                                 

 

                                                    Yurdumuza  Bahar gəlir...

          18 Mart 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında

    Beynəlxalq Novruz günü münasibətilə  əyləncəli tədbir keçirilmişdir.

                                     

    Tədbirdə MKS-n direktoru İ.Nəbiyev bayram münasibətilə hamını təbrik etdi və Novruzun xalqımızın milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsində tarixi rolundan  danışdı. Tədbirdə çıxış edənlər  Novruz adətlərinin və oyunlarının,  ümumiyyətlə Novruzla bağlı olan hər şeyin insanlığa   Saflıq və Şəfqət bəxş etdiyini xüsusi vurğuladılar.

      

                              

     Aparıcı Yaqut  Hüseynovanın təşkil etdiyi əyləncəli viktorina və yarışmalar,  məktəblilərin (21 s.) söylədikləri təbiəti vəsf edən şeirlər, Şirvan Regional Məktəbəqədər Tədris Müəssisəsinin uşaqlarının  rəqsləri, Musiqi  Məktəbinin bədii kollektivinin ifa etdiyi mahnılar və şən melodiyalar tədbiri daha da zənginləşdirdi.

 

                                             "Ən uca zirvə – Anadır!    

       06 Mart 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında  Beynəlxalq Qadınlar günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə açan  MKS-nin direktoru İltifat Nəbiyev  ilk növbədə bütün qadınları bayram münasibətilə təbrik etdi və  cəmiyyətdə qadınların müstəsna rolundan, onların ana-qadın olmaqla bərabər  hər bir sahədə öhdələrinə düşən vəzifələri  layiqincə yerinə yetirmələrindən danışdı. Daha sonra çıxış edən  V. Xudiyeva, Ş.Səlimova, M. Alxaslı və başqaları  dedilər ki, “qadın – ana “ hər zaman  bədii ədəbiyyatımızın aparıcı  mövzusu olub və olacaqdır. Çünki  bəşəriyyətin inkişafı üçün onların rolu danılmazdır, həyatı qadınlarsız  təsəvvür etmək mümkün deyil və Ana ən uca zirvədə dayanan varlıqdır.

           

           Tədbir qiraətçilərin söylədikləri   şeirlərlə  başa çatdı.  

 

 

                                                                                   Bəşəri cinayət – Xocalı soyqırımı!                              

       25 Fevral 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı olaraq keçirilən tədbirdə iştirakçılar faciə zamanı həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə çıxış edən A.Cəfərova, V. Xudiyeva, M.Alxaslı, Ş. Məmmədova, F. Amanəliyeva və başqaları Xocalı faciəsinin baş vermə səbələrindən və xalqımıza vurduğu mənəvi zərbənin nə qədər ağır olduğundan, lakin sarsılmayan Azərbaycanın dünya arenasında bu faciənin bəşəri bir cinayət olduğunu sübut edə bildiyindən geniş söhbət açdılar. Çıxış edənlər onu da vurğuladılar ki, artıq dövlətimizin apardığı düzgün xarici siyasəti sayəsində bir çox dövlətlər “Xosalı soyqırımını”  tanımağa başlamışlar və bu iş davam etdiriləcəkdir.

                                 

         Tədbir iştirakçıları Xocalı faciəsi zamanı törədilmiş cinayətləri əks etdirən foto və video süjetlər əsasında hazırlanmış klipə və  məktəblilərin  nümayiş etdirdikləri bədii kompozisiyaya maraqla  tamaşa etdilər.

 

                                                 “ 2013-Informasiya ili”.

     06 Fevral 2013-cü il tarixində Sirvan şəhər Mərkəzi kitabxanasının nəzdində İcma Məlumat Mərkəzində “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya Kommunikasiya Texnalogiyaları ili” élan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının təbliği nəqsədilə tədbir keçirilmişdir.

     Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Mehriban Alxaslı tədbirdə çıxış edərək Respublikamızda ən yeni texnalogiyaların tətbiqi,milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə yerləşdirilməsi,Azərbaycan dilli internetin zənginləşdirilməsi,elektron qəzet və jurnalların yayılması iləbağlı geniş məlumat verdi.

                                                       

     Şöbənin proqramçısı Məlahət Məmmədova və İMM-nin inzibatçısı Alma Cəfərova öz çıxışlarında onu da vurğuladılar ki, həyatımızı informasiya texnologiyaları olmadan təsəvvür etmək mümkün olmadığı üçün compüter biliklərini daha da təkmilləşdirilməsi zəruridir.

                                                        

           Uşaq şöbəsinin müdiri Vəzifə Xudiyeva kompüterdən istifadəyə nəzarətin olması, uşaqların sağlamlığına və mənəviyyatına zərər vuran materiallardan istifadəsinin qarşısını aldığını xüsüsi qeyd etdi.

 

                                                 “Gənclərimiz bu gün”

       01 Fevral 2013-cü il tarixdə Şirvan şəhər Mərkəzi kitabxanasının İnternet Mərkəzində Gənclər günü münasibətilə bu mövzuda  “Dəyirmi masa” keçirilmişdir. Tədbirdə  iştirak edən İnternet mərkəzinin rəhbəri A.Cəfərova, Uşaq şöbəsinin müdiri  V.Xudiyeva və başqaları “Gənclərimiz bu gün” mövzusunda söhbət aparmış, onları narahat edən məsələlər və problemlərdən danışmışlar.

                       

   Çıxış edənlər onu da vurğulamışlar ki, Dövlətimiz gənclərimizə  qayğı göstərir və bu daima diqqət mərkəzindədir. Ona görə də biz gənclər müstəqil Azərbaycanımızın hərtərəfli inkişafına, onun dünya miqyasında əldə etdiyi uğurların genişlənməsinə  var qüvvəmizlə çalışmalı, möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik.

 

“F. Köçərli 150 il”

       29 Yanvar 2013-cü il tarxdə  Şirvan şəhər Mərkəzi kitabxanasında görkəmli maarif xadimi,ədəbiyyatşünas, publisist , tərcüməçi Firudin bəy  Köçərlinin 150 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbirdə Şirvan şəhər İHK-nin tələbələri və digər oxucular iştirak etdi. Kitabxananın əməkdaşları Ş.Səlimova,  K. İsayeva, M. Novruzova, Ş. Məmmədova  və  başqaları “F. Köçərli və Azərbaycan uşaq ədəbiyyatı”  mövzusunda  çıxış edərək  F. Köçərlinin həyat və yaradıcılığından danışdılar. Natiqlər onu da vurğuladılar ki,  F. Köçərlinin sözün həqiqi mənasında Azərbaycan uşaq əd